Qılıncoynadanlarımız İranda beynəlxalq turnirdə iştirak ediblər
Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamızın üzvləri İranın İsfahan şəhərində keçirilən “Sarhangpour FIE satellite” beynəlxalq turnirində çıxış ediblər.

Kişi sablyaçılarımızdan Saleh Məmmədov ən güclü 8-liyə yüksəlməyi bacarıb. S.Məmmədov bürünc medalın bir addımlığında turnirin finalçısı Məhəmməd Rahbariyə (İran) 10:15 hesabı ilə uduzub.

Ən güclü 16-lıqda yer alan Maqsud Hüseynli isə dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə Fərzad Baher Arasbarana (İran) 7:15 hesabı ilə uduzub.

Ayxan Xasyev və Murad Əkbərov isə ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.

Xəbər 417 dəfə oxundu.