“Rəvan”da qapıçı problemi
“Simurq”a məğlubiyyəti unutmuşuq. Qarşıda vacib oyunlarımız var. Heyətlə bağlı ciddi problemimiz olmasa da, polşalı qapıçı Tomal Sapelanın bu qarşılaşmada meydançaya çıxmayacağını söyləməliyəm. Onun ayağındakı gips bu gün açılacaq. Və ən azından daha 2 həftə bizə kömək etməyəcək”. Bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Baş məşqçi növbəti turdakı rəqibi “Qəbələ”ni xüsusi qiymətləndirib: “Qəbələ” Azərbaycanın ən seçilən komandasıdı. Hücum xəttini xüsusi fərqləndirmək olar. Biz onlara qarşı futbol sərgiləyəcəyik. Səfərdə oynayırıq. Rəqib güclü olsa da, hədəf maksimum xaldı”.

Xəbər 1022 dəfə oxundu.