Şahmatçımız Ülviyyə Fətəliyeva rapid turnirində iştirak edəcək
Bu gün Rusiyanın Vladivostok şəhərində Şərqi İqtisadi Forum çərçivəsində rapid üzrə beynəlxalq şahmat turnirinə start veriləcək.

Azərbaycanla yanaşı Rusiya, Hindistan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Qırğızıstan və digər ölkələrin təmsilçiləri 11 turda mübarizə aparacaqlar.

Otuz iki şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva təmsil edəcək.

Xəbər 322 dəfə oxundu.