“Sumqayıt”ın Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb
“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb. Aleksey Baqanın yetirmələri V turda “Neftçi”nin qapısına yol tapa bilməyib – 0:3.

Komanda mövsümün qol vurmayan yeganə komandasıdır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.

Belə uğursuzluqla üzləşən sonuncu komanda AZAL olub. Bakı klubu 2015/2016-cı il mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan Sumqayıt təmsilçisindən fərqli olaraq AZAL 5 oyunun hamısında uduzub.

Qeyd edək ki, “Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” “Zirə” və “Turan Tovuz”la qolsuz sülhə imza atıb.

Xəbər 206 dəfə oxundu.