“Sabah” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb
Bakının “Sabah” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. Murad Musayevin yetirmələri Azərbaycan Premyer Liqasının V turunda “Səbail” ilə qarşılaşıb. Mövsümün startında ardıcıl 4 qələbə qazanan “Sabah” ilk xal itkisi ilə üzləşib – 0:0.

Paytaxt klubu ötən çempionatın son 5 oyununda da uduzmayıb. Sonuncu dəfə ötən mövsümün XXIII turun aprelin 16-dakı səfər görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzan M.Musayevin komandası yenilməzliyini 10-a çatdırıb. Bakı təmsilçisi tarixinin ən uğurlu seriyası zamanı 6 qələbə qazanıb və 4 heç-heçə edib.

Xəbər 231 dəfə oxundu.