“Kəpəz” klubunun yeni baş məşqçisi müəyyənləşib
Gəncənin “Kəpəz” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandanı Tərlan Əhmədov çalışdıracaq. Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla birillik müqavilə imzalanıb.

T.Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.

Xatırladaq ki, T.Əhmədovun son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı") olub.

Xəbər 184 dəfə oxundu.