Azərbaycanın U-17 komandası bolqarıstanlı həmyaşıdlarına yoldaşlıq oyununda uduzub
Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə ilk yoldaşlıq oyununu keçirib.

Qarşılaşma 4:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Komandalar arasında növbəti oyun sentyabrın 7-də olacaq.

Xəbər 250 dəfə oxundu.