Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldova yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub.

9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb.

Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqləniblər.

Xəbər 254 dəfə oxundu.