Voleybolçularımız Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçiriblər | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. Komandamız bu gün Bakıdakı Voleybol Mərkəzində Sloveniya kollektivini qəbul edib. Görüş qonaqların 25:11 hesablı qələbəsi ilə başlayıb. İkinci seti millimiz 25:19 hesabı ilə qalib gəlsə də, növbəti hissələrdə 25:18 və 25:21 hesabı ilə məğlub olub. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Beləliklə ilk 4 turdan sonra xallarının sayını 11-ə çatdıran Sloveniya qrup liderliyinə yüksəlib. Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 7-də səfərdə Sloveniyaya qarşı keçirəcək. Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı "Avro-2023"ün final mərhələsinə yüksələcək. |
|
Xəbər 207 dəfə oxundu. |
|
|