Paracüdo idman növü üzrə milli komandamız Avropa çempionatında 6 medal qazanıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb.

Millimizin digər üzvləri Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-də Namiq Abasov və İsmayıl Muradov iki bürünc medal qazanıblar.

Beləliklə millimiz bir qızıl və beş bürünc olmaqla, ümumilikdə altı medalla Avropa çempionatını tamamlayıb.

Xəbər 197 dəfə oxundu.