“Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirilib
“Zirə” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.

Paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.

Bakı təmsilçisi bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə”nin müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı “Qəbələ” idman klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Xəbər 204 dəfə oxundu.