Azərbaycan çempionu “Beerbaşa” EMF Çempionlar Liqasında dörddəbir finala yüksəlib
Minifutbol üzrə Azərbaycan çempionu “Beerbaşa” komandası EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Komandamız səkkizdəbir finalda Rumıniya təmsilçisi “Old Boys”la qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan “Beerbaşa” dörddəbir finala yüksəlib.

Millimiz növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 23:00-da keçirəcək. Rəqib hələlik dəqiqləşməyib

Xəbər 194 dəfə oxundu.