“Neftçi” klubu Mirabdulla Abbasovla müqaviləyə xitam verib
“Neftçi” klubu hücumçusu Mirabdulla Abbasovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

“Neftçi”nin yetirməsi olan M.Abbasov 2015-2016-cı, 2017-2022-ci illərdə “ağ-qara” formada 111 oyun keçirib, 21 qola imza atıb.

Klub rəhbərliyi futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 194 dəfə oxundu.