Azərbaycanın 2 boksçusu Qazaxıstanda keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub
Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) üçüncü yeri tutublar.

R.Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb.

R.Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Xəbər 220 dəfə oxundu.