“Xəzər Lənkəran” – “Simurq” oyununa təyinatlar açıqlanıb
Azərbaycan Topaz Premyer Liqasının IV turunun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” oyununa təyinatlar açıqlanıb. Sumqayıtda baş tutacaq görüşdə əsas fit sahibi Elçin Məmmədov olacaq. Ona köməkliyi isə Rahil Ramazanovla Elşən Acalov edəcəklər.

20 sentyabr (cümə axşamı)
17:00: "Xəzər Lənkəran" - "Simurq"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına Sumqayət şəhər stadionu.

Xəbər 1022 dəfə oxundu.