Bakıda Karate1 Premyer Liqa turniri davam edir
Bakıda Karate1 Premyer Liqa turniri davam edir.

Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.

Yarışın birinci günündə mübarizəyə qoşulan karateçilərimizdən Sultan Hüseynov, Əminağa Quliyev (hər ikisi 60 kq), Tural Ağalarzadə (66 kq) və Mədinə Sadiqova (55 kq) dörddəbir finala yüksəliblər.

Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Xəbər 378 dəfə oxundu.