Karate1 Premyer Liqa turnirinin ilk günündə 8 idmançımız mübarizə aparacaq
Bakıda Karate1 Premyer Liqa turniri davam edir.

Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.

Yarışın birinci günündə 8 idmançımız - Sultan Hüseynov, Əminağa Quliyev (hər ikisi 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov, Firdovsi Fərzəliyev (hamısı 66 kq), Fərid Ağayev (75 kq), İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) güclərini sınayacaq.

Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Xəbər 331 dəfə oxundu.