Qadın şahmatçılarımız Vətənə geri dönüblər
Çexiyanın paytaxtı Praqa şəhərində şəxsi Avropa çempionatında uğur qazanan Azərbaycan şahmatçısı Günay Məmmədzadə, eləcə də turnirdə iştirak edən digər təmsilçilərimiz Vətənə qayıdıb.

şahmatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib. Ülviyyə Fətəliyeva Vətənə sabah qayıdacaq.

Xəbər 245 dəfə oxundu.