Yaşar Bəşirov: Karate1 Premyer Liqa turnirində İrina Zaretska və Asiman Qurbanlıdan medal gözləyirik
Bakıda keçiriləcək Karate1 Premyer Liqa turnirində azarkeşlər bir çox tanınmış idmançıları görəcəklər. Ölkənizdə Avropa və dünya, həmçinin Olimpiya çempionları mübarizə aparacaq.

Bu sözləri paytaxtımızda təşkil olunacaq Karate1 Premyer Liqa turnirinə həsr olunmuş mətbuat konfransında Avropa Karate Federasiyasının baş katibi Davor Cipek deyib.

Bildirib ki, meydan sahibləri həmişə gözəl nəticələrlə fərqlənməyi bacarırlar. Biz buna 2015-ci ildə Bakıda təşkil olunan Birinci Avropa Oyunlarında şahidlik etdik. Azərbaycanın yüksək təşkilatçılıq bacarığına bələdik. İnanıram ki, sabah start götürəcək yarış da mükəmməlliyi ilə seçiləcək.

Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosun Bakıya 5-ci dəfə səfər etdiyini deyən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov ali idman qurumunun rəhbərinin 2003-cü ildə "Prezident Kuboku" üçün ilk dəfə paytaxtımıza gəldiyini xatırladıb: A.Espinos 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Bakıda səfərdə olub”.

Y.Bəşirov bildirib ki, turnirdə ölkəmizi 17 idmançı təmsil edəcək. Yarışda İrina Zaretska və Asiman Qurbanlıdan medal gözləyirik.

Qeyd edək ki, sentyabrın 2-4-də Bakıda ilk dəfə Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri keçiriləcək. Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tanınmış karateçi iştirak edəcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Xəbər 222 dəfə oxundu.