DÇ-2022-nin qış mövsümündə keçirilə bilər
DÇ-2022-nin qış mövsümündə keçirilə bilər. Bu barədə UEFA prezidenti Mişel Platini açıqlama verib.
“Mən DÇ-2022-nin qış mövsümündə keçirilməsini istəyirəm. Yayda havaların çox isti olmasını nəzərə alsaq bu futbolçular üçün də yaxşı olacaq. Ancaq nəzərə almalıyıq ki, yanvar ayında Qış Olimpiya Oyunları da keçiriləcək”, deyə Platini bildirib.
Qeyd edək ki, futbol üzrə 2014-cü ildə dünya çempionatı Braziliyada, 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.

Xəbər 896 dəfə oxundu.