“Başakşəhər”in hücumçusu İsveçrə klubu ilə müqavilə imzalayıb
Türkiyənin “Başakşəhər” klubu hücumçusu Enzo Krivelli ilə yollarını ayırıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İyirmi yeddi yaşlı forvard İsveçrənin “Servett” klubuna transfer olunub. Fransalı futbolçu yeni klubu ilə üçillik müqaviləyə imza atıb.

Enzo Krivelli 2019-cu ildən “Başakşəhər”də forma geyinib. O, İstanbul təmsilçisində 88 oyuna çıxıb, 16 qol vurub.

Ötən mövsümün ilk dövrəsini “Antalyaspor”da icarədə keçirən fransız futbolçu, bu ilin əvvəlində də “Sent Etyen” klubuna icarəyə verilib. O, Türkiyəyə gələnədək ölkəsində “Bordo”, “Bastiya”, “Anje” və “Kan” klublarının da formasını geyinib.

Xəbər 277 dəfə oxundu.