Azərbaycanın U-18 komandası türk həmyaşıdları ilə yoldaşlıq oyununda heç-heçə edib
Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

“Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə başa çatıb.

Matçın 65-ci dəqiqəsində Amin Qarayev qırmızı vərəqə alıb.

Komandalar arasında keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

Xəbər 192 dəfə oxundu.