Boksçularımızın Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə rəqibləri müəyyənləşib
Qazaxıstanın Aktau şəhərində keçiriləcək kişi boksçular arasında beynəlxalq turnirin püşkü atılıb.

Bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub. Komandamızın heyətində yarışın ilk günündə rinqə 4 boksçumuz – Maksud Xasmetov, Əzrək Bəbirov, Niyaməddin Allahverdiyev və Eldar Quliyev çıxacaqlar. Səkkizdəbir finaldan yarışa start verəcək Maksud Xasmetov (57 kq) Sukzet Saravut (Tailand), Əzrək Bəbirov (57 kq) Oybek Jurayev (Özbəkistan), Niyaməddin Allahverdiyev (71 kq) Marqulan Aydaruli (Qazaxıstan) ilə qarşılaşacaqlar. Dörddəbir finalda isə Eldar Quliyev (86 kq) Ontalap Rəhmanov (Qazaxıstan) ilə döyüşəcək.

Avqustun 31-də səkkizdəbir finalda Fuad Tarverdi (60 kq) Nurbolat Bekbayjov (Qazaxıstan), Ruslan Rüstəmov (63,5) Pidnuç Xunatip (Tailand), Cəlal Qurbanov (63,5 kq) Miras Kanabek (Qazaxıstan), Fərid Qəribov (80 kq) Loqin Petrov (Özbəkistan) ilə üz-üzə gələcək. Dörddəbir finalda isə Həsən Məlikov (48 kq) Yernar Karap (Qazaxıstan), Ruslan Qədirov (54 kq) Samat Jetibayev (Qazaxıstan)-Yerxan Abbas (Qazaxıstan) cütünün qalibi, Rauf Rəhimov (92 kq) isə Adilet Dosimbekov (Qazaxıstan) ilə görüşəcəklər.

Sentyabrın 1-də dörddəbir final çərçivəsində Rüfət Hüseynov (51 kq) Foziljon Abdumuradov (Özbəkistan), Mirşərif Kazımzadə (75 kq) İliyar Aşirov (Qazaxıstan), Rasim Çobanlı (75 kq) Dias Moljiqitov (Qazaxıstan) ilə üz-üzə gələcəklər.

Turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçu gücünü sınayacaq. Yarışın qaliblərinin adları sentyabrın 3-də bəlli olacaq.

Xəbər 237 dəfə oxundu.