“Qarabağ” klubu İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib
Ağdamın “Qarabağ” klubu hücumçusu İbrahima Vadjinin Fransanın "Sent Etyen" komandasına transferini açıqlayıb.

ötən mövsüm komandaya transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Qarabağ” klubu İ.Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 210 dəfə oxundu.