Dünya kubokunun növbəti mərhələsində Azərbaycan triatlonçusu 20 ən yaxşı atletlər sırasındadır
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Norveçdə keçirilən Dünya kubokunun növbəti mərhələsində 17-ci yeri tutub. Azərbaycan triatlon federasiyasından verilən məlumata görə, bu yarışda 1-ci yeri Dorian Koninks (Fransa), 2-ci yeri Kristian Blummenfelt (Norveç), 3-cü yeri Vetle Berqsvik (Norveç) tutublar. Növbəti 4-cü və 5-ci yerlərə də Fransa və Norveç idmançıları layiq görülüblər.

Xəbər 199 dəfə oxundu.