“Qarabağ”ın rəqibi Yunanıstan çempionatında heç-heçə edib
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləridən olan "Olimpiakos" Yunanıstan çempionatında ikinci turun oyununa çıxıb.

Komanda “Asteras”ın qonağı olub və qolsuz bərabərə qalıb.

Bu nəticədən sonra xalını 4-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” klubu “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-ü Bakıda keçirəcək.

Xəbər 271 dəfə oxundu.