Bədii gimnastlarımız “Challenge” seriyasına aid dünya kuboku yarışında mübarizə aparıblar
Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı keçirilib.

Yarışda ölkəmizi fərdi proqramda bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Zöhrə Ağamirova və İlona Zeynalova təmsil ediblər.

Təmsilçimiz Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə finala adlasa da, hakimlərdən aldığı xal (31.750 xal) ona mükafatçılar sırasına düşməyə imkan verməyib. İdmançımız gürzlərlə çıxışını 6-cı pillədə başa vurub.

Xəbər 373 dəfə oxundu.