IFFHS: XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilərin siyahısı açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilərin siyahısını açıqlayıb.

Siyahıya Yaponiya millisinin sabiq üzvü Markus Tanaka başçılıq edir. O, 2001-ci il yanvarın 1-dən 2010-cu il dekabrın 31-dək 58 qol vurub.

İlk üçlükdə Daniel van Bayten (Belçika, 57 qol) və Con Arne Rays (Norveç, 55 qol) yer alıblar.

Xəbər 216 dəfə oxundu.