Avropa çempionatı: Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər
Çexiyanın paytaxtı Praqa şəhərində qadınlar arasında şəxsi Avropa çempionatında Azərbaycan şahmatçıları liderliklərini davam etdirirlər.

Bu gün çempionatda 10-cu tur keçiriləcək və şahmatçımız Günay Məmmədzadə 7 xalla ikinci sırada qərarlaşıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla turnir cədvəlinin 3-8-ci pillələrini bölüşürlər və medal şanslarını saxlayırlar. Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla 10-21-ci yerləri tuturlar.

Digər şahmatçılarımızdan Ləman Hacıyeva 5 xalla 33-cü, Səbinə İbrahimova isə 4 xalla 80-ci mövqedədir.

Xəbər 261 dəfə oxundu.