Edinson Kavani İspaniyanın “Valensiya” klubuna keçib
Uruqvaylı futbolçu Edinson Kavani İspaniyanın “Valensiya” klubuna keçib.

İspaniya təmsilçisinə sərbəst agent kimi keçən futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Hücumçunun sonuncu klubu “Mançester Yunayted” olub. Mançester təmsilçisi futbolçu ilə iyunun 30-da başa çatan müqaviləni yeniləməyib. Futbolçu əvvəllər PSJ, “Napoli” və “Palermo”da da forma geyinib.

Xəbər 231 dəfə oxundu.