Çimərlik futbolu üzrə Azərbaycan millisi İsveçrə yığmasına məğlub olub
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

İtaliyanın Katanya şəhərində İsveçrə milli komandası ilə qarşılaşan komandamız 4:7 hesabı ilə məğlub olub.

Millimizin heyətində Orxan Məmmədov və Amid Nəzərov dubl ediblər.

Komandamız növbəti oyununu avqustun 30-da Ukrayna yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Xəbər 199 dəfə oxundu.