“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti veloyürüş keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində növbəti veloyürüş keçirilib.

şəhər sakinlərinin böyük marağına səbəb olan yürüşdə 80-dək peşəkar və həvəskar velosipedçi iştirak edib.

Yürüş iştirakçıları bir saat müddətində Mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət ediblər. Bakı sakinləri veloyürüşdə fəallıq göstəriblər.

Azərbaycan Velosiped Federasiyasının peşəkar idmançıları isə parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

Xəbər 279 dəfə oxundu.