“Turan Tovuz” klubu növbəti futbolçu transferini gerçəkləşdirib
“Turan Tovuz” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Nigeriyalı Henri Okebuqvu ilə birillik müqavilə imzalanıb.

İyirmi dörd yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatiya”, “Partizani” və “Kastrioti” klublarında çıxış edib.

Qeyd edək ki, H.Okebuqvu Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.

Xəbər 240 dəfə oxundu.