Eyni gündə 2 avrokubok matçı
CEV kubokunun 1/16 final mərhələsində “Bakı-Azəryolservis” və “İqtisadçı”nın oyunlarının vaxtı bilinib. İdman.com.az saytının məlumatına görə, hər 2 Bakı təmsilçisi ilk matçını oktyabrın 23-də, cavab görüşünü 1 həftə sonra keçirəcək.

Klublarımız öncə rəqiblərini Bakıda qəbul edib, ardınca səfərə çıxacaqlar. Onların hər ikisi ötən mövsümdən fərqli, “Sərhədçi” Olimpiya Mərkəzində oynayacaqlar. Görüşlərin başlama saatı isə hələ açıqlanmayıb.

Qeyd edək ki, “Bakı-Azəryolservis” Hollandiya “Sliedrext”, “İqtisadçı” Sloveniya “Maribor”unu sınağa çəkəcək.

Xəbər 904 dəfə oxundu.