İtaliya millisinin üzvü Andrea Belottinin “Roma”ya keçidi rəsmiləşib
İtaliya millisinin üzvü Andrea Belottinin “Roma”ya keçidi rəsmiləşib.

28 yaşlı hücumçu ilə 1+2 illik müqavilə imzalanıb. O, paytaxt klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu 2015-ci ildən “Torino”da çıxış edib. İtaliya millisinin üzvü Turin klubunda 251 oyuna çıxıb, 113 qol vurub. O, bu yay "Torino"dan ayrılıb.

Xəbər 249 dəfə oxundu.