“Qarabağ”dan ayrılan Vadjinin “Sent Etyen”də debütünün vaxtı müəyyənləşib
“Qarabağ”dan Fransanın “Sent Etyen” komandasına keçən İbrahima Vadjinin yeni klubunda debüt edəcəyi vaxt müəyyənləşib.

27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də yeddinci turun “Pau” ilə səfər oyununda meydana çıxacaq.

Qeyd edək ki, seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah “Bastiya” ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün Ağdam klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.

Xəbər 225 dəfə oxundu.