“Selta” klubu hücumçusu Santi Minanı icarəyə göndərib
İspaniyanın “Selta” klubu hücumçusu Santi Minanı icarəyə göndərib.

La Liqa təmsilçisi onu Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna icarəyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi altı yaşlı forvardın 2022-ci ilin 30 iyununadək “Əl-Şabab”da forma geyinəcəyi diqqətə çatdırılıb.

S.Mina “Selta”nın yetirməsidir. O, 2015-2019-cu illərdə “Valensiya”da oynadıqdan sonra yenidən doğma klubuna qayıdıb. İspaniyalı futbolçu “Selta”da 163 oyuna 42 qol vurub.

Xəbər 223 dəfə oxundu.