Triatlonçumuz Rostislav Pevtsov dünya kuboku yarışlarında gücünü sınayıb
Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov Norveçin Bergen şəhərində keçirilən dünya kuboku yarışlarında 17-ci olub.

idmançımız 65 idmançının mübarizə apardığı yarışı 57 dəqiqə 5 saniyəlik nəticə ilə başa vurub.

R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 51 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 32 dəqiqə 3 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 1 saniyə nəticə ilə tamamlayıb.

Yarışın qalibi fransalı Dorian Koniks olub.

Xəbər 232 dəfə oxundu.