Şahmatçımız Aydın Süleymanlı Türkiyə Superliqasında bürünc medal qazanıb
Şahmat üzrə "Türkiye İş Bankası Satranç Süper Ligi" komanda turniri keçirilib.

Türkiyə Superliqasında iştirak edən Azərbaycan şahmatçısı Aydın Süleymanlının şərəfini qoruduğu "Bayegan Pendik Satranç Spor Klubu" sonda 19 xalla liqanı üçüncü pillədə başa vurub.

Türkiyə çempionu adını isə "Göktürk SSK" kollektivi qazanıb. Onlarla eyni xal toplayan və yalnız əlavə göstəricilərə görə ikinci olan "Türk Hava Yolları SK" klubu gümüş medalların sahibi olub.

Türkiyə Superliqasında Aydın Süleymanlıdan başqa daha dörd şahmatçımız mübarizə aparıb. Onlardan xanım təmsilçimiz Xəyalə Abdulla və kişilərdən ibarət yığmamızın üzvü Nicat Abbasovun şərəfini qoruduğu "Darruşafaka SK" klubu 6 xalla 11-ci, qrossmeysterimiz Zaur Məmmədovun çıxış etdiyi "Rota Koleji SK" komandası 10-cu, Abdulla Qədimbəylinin mübarizə apardığı "Gökay Vakfı SK" klubu isə 3 xalla sonuncu - 13-cü olub.

Xəbər 233 dəfə oxundu.