UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun mübarizə aparacağı 5-ci qrupda yer alacaq komandalar müəyyənləşib.

ilkin seçmə mərhələdə F qrupunun qalibi olan “Orebro” bu hüququ qazanıb. İsveç çempionu ilk oyunda Gürcüstanın “Georgians” klubunu 5:3, növbəti dueldə isə Türkiyənin “İstanbul Şişli” komandasını 10:3 hesabı ilə yenib. Son oyunda Almaniya çempionu “Ştutqart”ı 2:1 hesabı ilə üstələyən İsveç çempionu əsas mərhələyə yüksəlib.

İlkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə, oktyabrın 25-30-da keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz-Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.

Xəbər 228 dəfə oxundu.