Elmar Baxşıyev: Məğlubiyyəti düzgün analiz edəcəyik
İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük daha çox bizdə olsa da, yaratdığımız qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik.

Bu sözləri “Qəbələ” futbol klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının IV turunda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

“Komandanın oyunundakı dinamikanı bəyəndim. Daha çox hücumda oynamağa çalışırdıq. Məğlubiyyəti düzgün analiz edəcəyik. Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq”, - deyə E.Baxşıyev qeyd edib.


Xəbər 252 dəfə oxundu.