Murad Musayev: Qalib gəldiyimiz üçün şadam
İlk hissədə ən yaxşı oyunumuzu göstərə bilmədik.

Bunu “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının IV turunda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.

“İlk hissədə komanda bir qədər gərgin idi. Fasilədən sonra isə yaxşı təsir bağışladıq. Düşünülmüş kombinasiyalardan sonra 2 gözəl qol vurduq. Qalib gəldiyimiz üçün şadam”, - deyə baş məşqçi qeyd edib.

Xəbər 226 dəfə oxundu.