Dünya çempionatı: Azərbaycan komandası finala yüksəlib
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatının komanda yarışları davam edir.

Mötəbər turnirdə Azərbaycan komandası uğurla çıxış edərək finala yüksəlib. Belə ki, ilk qarşılaşmada meydan sahiblərini 4:1 hesabı ilə məğlub edən yığmamız dörddəbir finalda Kanada cüdoçularına 4:2 hesabı ilə qalib gəlib. Yarımfinalda Ukrayna komandasını da məğlub edən Azərbaycan millisi finala yüksəlib.

Qeyd edək ki, çempionatın fərdi yarışlarını Azərbaycan komandası üç medalla başa vurub.

Yığmamızın üzvləri Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq), Aydan Vəliyeva (48 kq) isə bürünc medal qazanıbla

Xəbər 214 dəfə oxundu.