Cüdoçularımız dünya çempionatının fərdi yarışlarında üç medal qazanıblar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatının fərdi yarışlarını Azərbaycan komandası üç medalla başa vurub.

Yığmamızın üzvləri Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq), Aydan Vəliyeva (48 kq) isə bürünc medal qazanıblar.

Yığmamız avqustun 28-də isə komanda yarışlarında çıxış edəcək.

Xəbər 343 dəfə oxundu.