"Latsio" "İnter"i məğlub edərək, liderliyə yüksəlib
Futbol üzrə İtaliya A Seriyasında III turun mərkəzi görüşü "Latsio" və "İnter" komandaları arasında keçirilib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk yarıda yeganə qolu 40-cı dəqiqədə "Latsio"dan Felipe Anderson vurub. 51-ci dəqiqədə Lautaro Martines hesabı bərabərləşdirsə də, Luis Alberto 75-ci, Pedro isə 86-cı dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.

Bununla da xalını 7-yə çatdıran "Latsio" liderliyə yüksəlib. İlk məğlubiyyətini alan "İnter" isə 6 xalla 4-cüdür.

Xəbər 226 dəfə oxundu.