Misli Premyer Liqasının V turunun oyun cədvəli məlum olub
Misli Premyer Liqasının V turunun oyun cədvəli məlum olub.

Görüşlər sentyabrın 1-i, 3-ü və 4-də keçiriləcək. V turun açılış matçı sentyabrın 1-də “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Sentyabrın 3-də “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Həmin gün baş tutacaq digər oyunda “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.

Sentyabrın 4-də isə “Bank Respublika Arena”da saat 18:00-da “Sabah”-“Səbail” oyunu keçiriləcək.

Həmin gün “Zirə” komandası “Qəbələ” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüşə saat 20:30-da start veriləcək.

Xəbər 230 dəfə oxundu.