"Neftçi" "Zirə"yə qalib gəlib | |
Azərbaycan Premyer Liqasının IV turunun "Neftçi" – "Zirə" matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı "Neftçi" açıb. "Neftçi"nin hücumçusu Qodfrey Donyo 14-cü dəqiqədə fərqlənib. Hamidu Keyta 54-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirsə də, Azər Əliyev 79-cu dəqiqədə qələbə topunu vurub. Bununla da "Neftçi" xalını 9-a yüksəldib. "Zirə" isə 4 xalda qalıb. Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la qolsuz heç-heçə edib. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları sabah, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək. |
|
Xəbər 221 dəfə oxundu. |
|
|