Premyer Liqa: "Sumqayıt" "Turan Tovuz"la heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Günün ilk matçında "Sumqayıt" "Turan Tovuz"la qarşılaşıb.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Rəqiblərindən bir oyun az keçirən Tovuz klubu 4 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 2 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.

Xəbər 230 dəfə oxundu.