Azərbaycanın U-17 komandası bolqarıstanlı həmyaşıdları ilə iki yoldaşlıq oyununda gücünü sınayacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 28-dən sentyabrın 2-dək Bakıda, 2-dən 7-dək isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışı olacaq.

Millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 4-də və 7-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Xəbər 225 dəfə oxundu.