Qadın şahmatçılarımız Avropa çempionatında çıxışlarını davam etdirirlər
Praqada qadın şahmatçılar arasında Avropa çempionatı davam edir.

6 turda 5 xal toplayan təmsilçimiz Günay Məmmədzadə liderdən yarım xal geri qalaraq 2-3-cü yerləri bölüşür. Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova isə 4,5 xalla ilk onluqda qərarlaşıblar.

Komandamızın digər üzvləri Ləman Hacıyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva 3,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Xəbər 227 dəfə oxundu.